Premyer Liqada yaranan fasilə müddətində "Kəpəz” ikinci yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Şahin Diniyevin komandası birinci divizionun təmsilçisi "Şərurspor”la qarşılaşıb.
Matç Gəncə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatb. Julien Ebahın bir dəfə fərqləndiyi oyunda Nicat Qurbanov dubl edib.
Qeyd edək ki, bundan əvvəlki yoxlama görüşündə "Kəpəz” 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına 1:2 hesabı ilə uduzmuşdu.