Paralimpiya Kəndində Azərbaycan bayrağı qaldırıldı

18:57 5 Sentyabr 2016

Avqustun 5-də Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.


Sportarena.az xəbər verir ki, mərasimdə Azərbaycanın dövlət himninin müşayiəti ilə bayrağımız qaldırılıb.


Qeyd edək ki, XV Paralimpiya Oyunlarında Azərbaycan 27 idmançı ilə təmsil olunur. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışacaq paralimpiyaçılarımızın altısı qadındır. Lisenziyaların sayı isə 44-dür.


Sentyabrın 7-də Rio-de-Janeyronun “Marakana” stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.(azərtac)


Xəbər xətti