Bakı Şahmat Olimpiadasında 5-ci turun təqvimi

10:09 6 Sentyabr 2016

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun təqvimi müəyyənləşib.

Hesabat turunda kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşacaq. 4 turdan sonra hər iki komanda itkisiz irəliləyir. İkinci komandamız Türkmənistanla, üçüncü yığmamız isə Zimbabve ilə qarşılaşacaq. Maraqlıdır ki, daha əvvəl Zimbabve əsas yığmamıza uduzub. Türkmənistan isə bu gün üçüncü millimizə qalib gəlib.

Qadınlardan ibarət əsas yığmamızın rəqibi Almaniya olacaq. İkinci millimiz İspaniyanı, üçüncü komandamız isə Özbəkistanı sınağa çəkəcək.

Qeyd edək ki, üçüncü turda qadınlardan ibarət ikinci komandamız Almaniya ilə heç-heçə oynayıb.


Digər xəbərlər

Xəbər xətti