Birinci divizionda limit müəyyənləşdi

17:10 6 Sentyabr 2016

Bu gün  birinci divizionda yaş və legioner limitinin müəyyənləşdirilməsi ilə bağlı AFFA-nın inzibati binasında AFFA, PFL və Məşqçilər Komitəsinin birgə iclası keçirilib.

Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:

- Birinci divizionda 2016-2017-ci il mövsümündə limit 5 yerli futbolçu (təvəllüdü 1994-cü il və sonra), 4 yerli futbolçu yaş məhdudiyyəti olmadan və 2 legioner olmaqla müəyyənləşsin.

- Birinci divizion klublarına yerli qapıçıların xidmətindən yararlanmaq tövsiyə olunub.


Digər xəbərlər

Xəbər xətti