Futbol üzrə 2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi davam edir.
Ötən gün G qrupunda keçirilən Albaniya - Makedoniya qarşılaşması yarımçıq qalıb. 77 dəqiqə davam gedən matçın erkən başa çatmasına səbəb güclü yağış olub.
Hakim oyunun bu şəraitdə davam etməsinin mümkünsüzlüyünü görərək, matçı dayandırmağa qərar verib.
Qeyd edək ki, yarımçıq başa çatan matçda hesab 1:1 olub.