UEFA prezidentliyinə nəmizədlər azalır

13:50 7 Sentyabr 2016

UEFA-da keçiriləcək prezident seçkilərində namizədlərin sayı azalıb.

İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar namizədliyini geri götürüb. Onun seçkilərdən geri çəkilməsindən sonra prezident postu uğrunda 2 nəfər mübarizə aparacaq. Bunlar hollandiyalı Mixael van Praqla sloveniyalı Aleksandr Çeferindi.

UEFA-da prezident seçkiləri sentyabrın 14-də Afinada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti