"Xəzər Lənkəran" Avropa Klublar Assosiasiyasının (ECA) üzvlüyündən çıxarılıb.
Sportarena.az xəbər verir ki, buna səbəb klubun fəaliyyətinin dayandırması olub.
Xəbəri "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu təsdiqləyib: "Xəzər Lənkəran" ECA-nın ən fəal üzvlərindən biri olub. Təşkilata üzv olduqdan sonra bütün tədbirdə nümayəndəmiz iştirak edib. Bildiyiniz kimi, hazırda klubumuz akademiya səviyyəsində fəaliyyətini davam etdirir ki, bu halda ECA-dan xaric olunma normal prosedurdur".
Qeyd edək ki, hazırda ECA-da 3 Azərbaycan klubu qalıb. "Qarabağ" fövqəladə, AZAL və "Neftçi" isə assosiativ üzvdü. Ötən il "Bakı" qurumun üzvlüyündən çıxarılmış, yerini "Qarabağ" tutmuşdu. Hazırda təşkilatın 53 ölkədən 220 üzvü var. (fanat.az)