Maşallah Əhmədovun ev dustaqlığının müddəti artırıldı

18:25 7 Sentyabr 2016

Bu gün Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. 
 

Sportarena.az xəbər verir ki, məhkəmə istintaq orqanının verdiyi təqdimatı təmin edib. M.Əhmədovun barəsində seçilmiş ev dustaqlığı daha bir ay müddətinə artırılıb.
 

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. (Report)


Digər xəbərlər

Xəbər xətti