AFFA Ramil Şeydayevə 1,6 milyon avro ödəyəcək

10:52 8 Sentyabr 2016

"Zenit"in yeritməsi, Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarının şərəfini qorumuş Ramil Şeydayevin yeni seçmə mərhələdə Azərbaycan millisində çıxış edəcəyi məlum olduqda bir çoxları bu xəbəri təəccüblə qarşıladı. Bizlər qürbətçi futbolçunun dədə-baba vətəninə üz tutmasına nə qədər sevimdiksə, şimal qonşularımızın futbol ictimaiyyəti, idman mediası hər dəfə ondan söhbət düşəndə istedadlı oyunçunu itirdikləri üçün təəssüfləndiklərini biruzə verir, Ramilin niyə birdən-birə belə addım atdığını müzakirə edirlər.
 
Sportarena.az xəbər verir ki, Rusiya U-17-si ilə Avropa çempionu olan, U-19-la "gümüş"ə yiyələnən gəncin cənuba üz tutması rusiyalı mütəssislər tərəfindən qısqanclıqla qarşılanır.
 
Sankt-Peterburq klubunun yetirməsi bir ara "Zenit"in əsas heyətində görünsə də, sonradan "Rubin"ə icarəyə verildi. Lakin Kazan təmsilçisində də Şeydayev özünə yer edə bilmədi və...
 
Məhz bundan sonra Ramilin legioner həyatı yaşamaq perspektivi ortaya çıxdı. Rusiyanın "futbol mətbəxinə" yaxından bələd olam mənbədən əldə etdiyimiz məlumata görə, Ramilin "Trabzonspor"a keçməsində AFFA-nın müstəsna xidməti olub. Assosiasiya rəhbərliyi "Zenit"in yetirməsi olan soydaşımıza "Azərbaycan millisinin şərəfini qorumağa razılıq versən, "Trabzonspor"a keçidini təşkil edə bilərik" təklifini irəli sürüblər. Rusiyanın iddialı klublarında möhkəmlənə bilməyəcəyini görən, ajtsayderlərdə isə top qovmaq istəməyən 20 yaşlı forvard bir qədər düşündükdən sonra AFFA-nın şərtlərini qəbul edib. 
 
Mənbəmiz onu da bildirdi ki, müqavilə şərtlərinə görə Şeydayev "bordo-mavilər"in şərəfini qoruyacağı 4 il ərzində 1 milyon 600 min avro maaş alacaq. Bu məbləği isə ona Qara-dəniz təmsilçisi yox, AFFA ödəyəcək.
 
Mənbə: Futbol+


Digər xəbərlər

Xəbər xətti