ABŞ-da ticarət əlaqələrini genişləndirmək və daha çox mənfəət götürmək üçün Barselona Nyu Yorkda ofis açıb. Açılış mərasimində Josep Maria Bartomeu ilə birlikdə Braziliyalı əfsanə Ronaldinho və İspaniya Millisinin keçmiş futbolçusu , Real Madridin forvardı , İspaniya La Ligasının bu ölkədə elçisi Raul Gonzalez də iştirak edib.
Açıqlamada, alınan bu strateji qərarın kluba yeni gəlir qaynaqları qazandırmaq üçün önəmli olduğu və 2016-2021-ci illərdə 1 milyon avroluq bir gəlirin hədəf edildiyi qeyd olunub.
Bundan başqa Barselona klubu Florida yerləşən bir futbol məktəbi kimisini Şarlot şəhərində açmağı da planlaşdırır.