"27 il öncə evimizin qapısı döyüldü. Anam Fiorella qapını döyənin kim olduğunu bilmək üçün ayağa qalxdı. Anam qapını açanda bir qrup adamlar özünü futbol direktoru kimi təqdim etdirlər. Lakin Romalı deyildilər. Qırmızı və qara geyinmişdilər.
"Milan"dan gəlmişdilər və nəyin bahasına olursa olsun "Milan" üçün oynamağımı istəyirdilər. Anam əllərini qaldırdı və onlara bunu dedi: Romada uşaqsınızsa qarşınızda 2 seçim var. Mənim ailəmdə isə bir seçim var - "Roma"
Uşaq ikən atamı itirsəm də, babam Gianluka mənə gözəl bir miras buraxdı. O, qatı "Roma" azarkeşi idi.
"Roma" bir futbol klubundan artıq idi. Qanımız, ruhumuz, canımız. Televizorda çox matç izləməzdim. Çünki 80-ci illərdə İtaliyada heç xəbərləri də həmişə göstərmirdilər.
7 yaşıma çatanda nəhayət babam bilet aldı və Olimpiya stadionuna "canavarlar"ı izləməyə getdik. Gözlərimi bağlayıb eyni hissi xatırlaya bilərəm. Rənglər, təzahüratlar, sis bombaları...Ətrafımdakı "Roma"lılar qəlbimdə bir hissi alovlandırdı. Bu hissi belə tərif edərdim - "Belissimo - gözəl"
13 yaşımda Romada aşağı yaş qrupu ilə məşqlərə çıxdıqdan sonra komandaya seçildim.
Məni məşqlərə götürən anam idi. Yağış, qar demədən 2-3 bəzən 4 saat məni gözləyərdi. Məni xəyallarıma qovuşa bilməyim üçün gözləyərdi...
Olimpiya stadionundakı ilk oyun üçün meydana çıxanda çox həyəcanlı idim. Evim, babam və ailəm üçün oynadığıma görə qürur duyurdum.
25 il boyunca təzyiq-ayrıseçkilik heç vaxt dəyişmədi. Xətalarım da oldu. "Real Madrid" üçün "Roma"nı tərk etməyi düşündüm. "Real" bəlkə də dünyanın ən güclü klublarından idi. "Roma" prezidenti ilə və ailəmlə danışdım.
Bir şeyi yaxşı anladım: Evim mənim üçün hər şeydir !
Roma 39 il evim oldu, futbolçu kimi isə 25 il. Ümid edirəm ki, "Roma" adına İtaliya və Çempionlar Liqasında oynayarkən klubumun rənglərini ən yüksəyə çıxarmışam.Ümid edirəm ki, azarkeşlərimizi qürurlandırmışam. Həyat yoldaşım Lari ilə nişanlanana qədər evimdən ayrılmamışdım. Ən çox komanda yoldaşlarımla oturub qəhvə içməkdən ötrü darıxacam. Soyunub geyinmə otağındakı söhbətlər, məşqlər hamısı gözümün önündən keçir. Bəlkə bir gün baş məşqçi kimi dönsəm, bunlar yenidən yaşanar.
İnsanlar niyə mənim bütün həyatımı Romada keçirdiyimi soruşurlar. Roma mənim ailəm, dostlarım, sevdiyim insanlar deməkdir.
Roma sarı və qırmızıdır.
Roma mənə görə dünyadır.
Bu klub və şəhər mənim həyatım olub hər zaman..."