İdmançılarımızdan örnək addım: Rusiya rəsmisi ölkəmizə təşəkkür etdi

11:11 9 Sentyabr 2016

İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasında Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyaları əllərindən alınaraq digər ölkələrə paylanılıb.

 Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi ölkəmiz tərəfindən müsbət qarşılanmayıbı və lisenziyalar qəbul edilməyib. Nəticədə Azərbaycan tərəfi 3 lisenziyadan rəsmən imtina edib. Ölkəmizn bu addımı isə Rusiya tərəfindən rəğbətlə qarşılanıb. Ötən gündən etibarən qonşu ölkənin  televiziyaları, qəzetləri və  xəbər agentlikləri ölkəmizə hazırladıqları yazılarla təşəkkür göndərirlər. Bu gün isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan tərəfininə təşəkkür edib:

"Biz Azərbaycana, şəxsən Azərbaycandan olan həmkarlarımıza, onun vətəndaşlarına təşəkkürümüzü bildiririk. Azərbaycanlı həmkarlarımız Rusiya paralimpiyaçılarının üzləşdiyi problemi, onlara olan münasibəti yaxşı anlayırlar. Ona görə də, bizim paralimpiyaçıları dəstəkləyən hər kəsə təşəkkür edirik. Hazırda bizə həqiqətən də dəstək lazımdır".

 


Digər xəbərlər

Xəbər xətti