Məşhur rus boksçu qəfil vafat etdi

14:31 9 Sentyabr 2016

Tanınmış rus boksçu, yaxın keçmişdə dünya və Avropsa birinçiliklərində medalçılar sırasında olmuş, ikiqat Rusiya çempionu Roman Romançuk ötən qecə qəflətən vəfat edib.

37 yaşlı Romançukun öımünə səbəb ürək tutması olub.

Ən böyük uğurunu  finalda döyüşməklə Bakıda keçirilən  2006-cı ilin Dünya Kubokunda qazanan Romançuk,  karyerasının ən parlaq vaxtında, Vladivostokda  avtobus dayanacağıda baş vermiş konflikt nəticəsində  insan öldürməkdə təqsirlənərək, azadlıqdan mərhum edilmişdi. Azadlığa çıxandan sonra karyerasını davam etdirəcəyini bəyan etsə də,  cəmi 10 il bundan qabağ "Rusiyanın ən texnikalı boksçusu" adını qazanan Roman artıq böyük uğurlara imza ata bilməmişdi. (atv.az)


Xəbər xətti