Cüdoçumuz Ramil Qasımov "Rio-2016"nın finalında

22:08 9 Sentyabr 2016

Azərbaycan cüdoçusu Ramil Qasımov (73 kq) “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında ilk qələbəsini qazanıb.


Sportarena.az xəbər verir ki, ilk mərhələdən azad olan cüdoçumuz Kuba təmsilçisi Gerardo Rodriqezi məğlub edərək yarımfinala yüksəlib.

Ramil Qasımov Almaniya təmsilçisi Nikolay Kornhassa qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi Dmitri Solovey (Ukrayna) – Feruz Sayidov (Özbəkistan) cütünün qalibi olacaq.

Qızıl medal uğrunda görüşdə Ramil Qasımov Ukrayna cüdoçusu Dmitri Solovey ilə üz-üzə gələcək.


Xəbər xətti