Fariz Nəcəfov: "Reallıq budur və biz bunu qəbul etməliyik"

11:58 11 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində "Neftçi” ilə qarşılaşan "Qəbələ” rəqibini 8:0 hesabı ilə darmadağın edib.

 
Sportarena.az xəbər verir ki, matç başa çatdıqdan sonra "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb. 
 

- Oyun və hesab haqqında nə düşünürsüz?
- Bizim üçün əsas olan qələbə qazanmaq idi. Nəticəni belə gözləmirdik. Hesabın o qədər önəmi yoxdu. Əsas lazım olan 3 xalı qazandıq. İki komandadan biri qalib gəldi ki, güclü olan biz idik və biz sevindik. "Neftçi”yə gələcək matçlarda uğurlar arzulayıram.
 

- Bu qədər böyükhesablı qələbəni Avroliqa öncəsi rəqibə göz dağı vermək kimi dəyərləndirmək olarmı?
- Xeyr elə düşünmürəm. Əsas məqsəd 3 xaldı, yenə deyirəm. Ancaq istənilən hesabda komandanın öz oyun prinsiplərinə sadiq qalması məni sevindirir.
 

- Sualı tərsinə verək. Belə böyükhesablı qələbə "Anderlext”lə oyun öncəsi komandada rahatlıq, eyforiya yaratmaz ki?
- Xeyr. Tamam fərqli oyunlardı. Komanda hər matça başqa motivasiya ilə çıxır.

 
- Rəqibin zəifliyi göz qabağındadı, nəticəni nəzərə almasaq, "Qəbələ”nin çıxışı qane elədi sizi?
- Mən bayaq da dedim. Kimə qarşı oynamağımızdan, hesabın neçə olmasından asılı olmayaraq komandanın oyun üslubu dəyişmir. Bu da məni sevindirir.
 

- Tarixi, kökü olan bir komandanın bu hala düşməsi, belə uduzmasına görə onlara yazığınız gəldi?
- Xeyr. İki komandanın mübarizəsində biri uduzub. "Neftçi”yə uğurlar arzulayıram, inanıram ki, vəziyyətdən çıxa biləcəklər.
 

- Çingiz Abdullayev hər dəfə qeyd edir ki, "Neftçi” ardıcıl 5 dəfə ölkə kubokunun finalına çıxıb. Bunu ikisində "Qəbələ”ni yolundan kənarlaşdırıb. Bu həmişə böyük bir uğur kimi qələmə verir...
- Çingiz Abdullayevin fikirlərinə böyük hörmətlə yanaşıram. Yəqin statistikanı, faktı deyir. Olmuş bir şeydi, normal qarşılayırıq. Burda nə var ki?
 

- Dünən "Qarabağ”ın, bu gün isə "Qəbələ”nin darmadağınla qalib gəlməsi sizi narahat etmir ki? Çempionatda rəqabət yox kimidir.
- Sössüz ki, çempionatda nə qədər güclü komanda olsa, rəqabət nə qədər böyük olsa, inkişaf baxımından o qədər yaxşıdır. Ancaq bu gün reallıq budur və biz bunu qəbul etməliyik.(sportal))


Digər xəbərlər

Xəbər xətti