Bu gün iki idmançımız mübarizə aparacaq

13:58 11 Sentyabr 2016

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının dördüncü günündə - sentyabrın 11-də Azərbaycanın iki idmançısı mübarizə aparacaq.


Paralimpiyaçılarımız atıcılıq və atletika yarışlarında qüvvələrini sınayacaqlar.


Milli komandamızın üzvü Yelena Taranova 25 metr məsafəyə qarışıq növdə atəşaçma yarışlarında gücünü sınayacaq. Atıcımız 31 idmançı ilə birlikdə mübarizə aparacaq.


Atletimiz Yelena Çebanu isə 200 metr məsafəyə qaçış yarışlarına qatılacaq. O, birinci qrupda almaniyalı Katrin Muller-Rottqard, Braziliya təmsilçisi Alisiya de Oliviera Korrea və Papua Yeni Qvineydan olan Joylin Ceffereyə qarşı yarışacaq.


Digər xəbərlər

Xəbər xətti