"Çelsi" qış fasiləsində "Atletiko"dan Antoine Qrizmannı heyətinə qatmaq istəyir.
"Daily Express"in xəbərinə görə, "Çelsi" bundan əvvəl fransız ulduz üçün qarşı tərəfə Dieqo Kosta və müəyyən məbləğ təklif edirdi. Amma "Atletiko"ya qoyulan transfer qadağası vəziyyəti dəyişib.
Bu səbəbdən "Çelsi" Paul Poqbanın rekordunu qıracaq təklifə hazırlaşır. Belə ki, "Mançester Yunayted" bu yay fransız ulduzu "Yuventus"dan 105 milyon avroya transfer edib. "Çelsi" isə "Atletiko"ya 89 milyon funt-sterlinq təklif etmək niyyətindədi. Bu isə hazırkı məzənnə ilə 105 milyon 166 min avro deməkdi.
Qeyd edək ki, "Atletiko" Antoine Qrizmannı 2014-cü ildə "Real Sosyedad"dan 30 milyon avroya alıb. Klub ona 101 milyon avro qiymət qoyub.