Çimərlik futbolu üzrə milli komandamız FIFA Dünya Kuboku-2017 Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda bu gün növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, 7-ci yer uğrunda oyunda Fransa ilə qarşılaşan millimiz 3:4 hesabı ilə məğlub olub.
Komandamızın qollarını Asif Zeynalov, Renat Sultanov və Sabir Allahquliyev vurub.
Millimizin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş seçmə mərhələdə 8-ci yeri tutub.