Rizvan Fərzəliyev: "Zəif nöqtələrini tapmışıq"

15:19 12 Sentyabr 2016

Futzal üzrə dünya çempionatının final mərhələsində keçiriləcək Mərakeş – Azərbaycan oyunu ilə bağlı FİFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransında millimizin kapitanı Rizvan Fərzəliyev oyunla bağlı açıqlama verib.

 

Sportarena.az millimizin kapitanının fikirlərini diqqətinizə çatdırır:
“Buraya gəldiyimiz gündən dünya çempionatının həyəcanını hiss edirik. İlk dəfə qatıldığımız çempionatı xoş notlarla yaddaşlara həkk etmək niyyətindəyik. Komandamız qrupumuzun açılış oyununa hazırdır. Yaxşı kollektivimiz var və hər kəs məsuliyyətini dərk edir. Təbii ki, Mərakeşlə oyunda qələbə qazanmaq üçün meydanda əlimizdən gələni maksimum dərəcədə edəcəyik. Məqsədimiz qrupdan növbəti mərhələyə yüksəlməkdir. Bu yolda başlanğıcdan çox şey asılıdır. Rəqibin oyunlarını izləmişik, məşqçilərimiz müəyyən təhlillər aparıb. Bilirik ki, bu mərhələdə zəif komanda olmur. Üstəlik, Mərakeş millisi Kolumbiyaya Afrika çempionu kimi təşrif buyurub. Taktiki-texniki cəhətdən yaxşı təsir bağışlayırlar. Fərdi oyuna üstünlük verirlər. Zəif nöqtələrini özümüz üçün təsbit etmişik. Bundan maksimum yararlanmağa çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti