“Napoli”nin futbolçusu Marek Hamşik klubun tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, İtaliya A Seriyasının 3-cü turunda “Palermo” ilə oyuna qol vuran slovakiyalı yarımmüdafiəçi “Napoli”nin əfsanəvi futbolçusu Dieqo Maradonanın rekordunu yeniləyib.
“Napoli” forması ilə 82-ci qolunu vuran Hamşek Maradonanı bir qol qabaqlayıb.
Qeyd edək ki, Slovakiya millisinin üzvü bir çox klublardan gələn təkliflərə baxmayaraq, mövsümün əvvəlində “Napoli” ilə 4 illik müqavilə imzalayıb.