Kolumbiyada təşkil edilən futzal üzrə dünya çempionatı davam edir.
Millimiz bu gün sözügedən yarışda ilk oyununu keçirib.
Tarixində ilk dəfə mundialda çıxış edən yığmamız Afrika çempionu Mərakeşlə qarşılaşıb.
Görüş komandamızın böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0. Bu, həm də braziliyalı Milton Luis Ziller Juniorin millimizin baş məşqçisi kimi ilk oyunu olub.
Qeyd edək ki, yığmamız F qrupunda İran, İspaniya və Mərakeşlə mübarizə aparacaq.
13 sentyabr
F qrupu
03:00. Mərakeş - Azərbaycan - 0:5
Qollar: Vassoura 14.25; 17.01; 32.59 Qallo, 28.30. Bolinya, 30.49
Baş hakim: Jose Katemo (Anqola)
İkinci hakim: Eduardo Fernandes (Portuqaliya),
Üçüncü hakim: Kamil Çetin (Türkiyə)