Hiçam Dguig: "Taktiki gedişlərimiz faydasız oldu"

16:55 13 Sentyabr 2016

Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Mərakeş – Azərbaycan oyunundan rəqib komandanın baş məşqçisi Hiçam Dguig matç barədə fikirlərini bölüşüb.


Sportarena.az sizi millimizin rəqibinin baş məşqçisinin fikirləri ilə tanış edir:

 “Birinci hissədə daha yaxşı oynadıq. Hesab açıldıqdan sonra oyun intizamımız pozuldu. Çalışdıq ki, buraxılan qolun əvəzini çıxaq. Bunun üçün şansımız da oldu. Təəssüf ki, yararlana bilmədik. Sonra müəyyən dəyişikliklərə əl atdıq. Amma taktiki gedişlərimiz faydasız oldu. Futzalın maraqlı cəhətlərindən biri də budur. İlk oyun bizim üçün çox vacib idi, əfsus ki, ikinci hissədə dönüş yarada bilmədik. Qapıçımızın zədələnməsi də komandaya pis təsir etdi. Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm”.


Digər xəbərlər

Xəbər xətti