Rusiya klubu baş məşqçisi ilə yollarını ayırdı

18:33 13 Sentyabr 2016

Rusiyan Premyer Liqasında çıxış edən "Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov komandadan ayrılıb.


Sportarena.az xəbər verir ki, bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb.


Məlumata görə, tərəflər arasında qarşılıqlı razılıq əsasında müqaviləni ləğv ediblər. Buna səbəb isə, komandanın uğursuz çıxış etməsidir. Kononovun postuna isə İqor Şalimov təyin edilib.


Xatırladaq ki, Oleq Kononov 2013-cü ildən "Krasnodar"ın baş məşqçisi vəzifəsində çalışır.

Qeyd edək ki, 6 turdan sonra 8 xal toplayan "Krasnodar" klubu turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti