Almaniya Futbol İttifaqı (AFİ) millinin baş məşqçisi Yoahim Lövlə müqavilənin müddətini artırmaq niyyətindədir.
Bu barədə AFİ-nin prezidenti Reynhard Qrindel məlumat verib:
“Hələ Avropa çempionatından əvvəl də demişdim ki, biz Lövlə üzunmüddətli əməkdaşlığı davam etdirmək istəyirik. O, millidə qalmağı haqq edib. Lövlə DÇ-2018-in final mərhələsinə kimi danışıq aparıb bu məsələni həll etməyi düşünürəm”.
Xatırladaq ki, Almaniya Futbol İttifaqının Yoahim Lövlə müqaviləsi 2018-ci ildə başa çatır.
Əlavə edək ki, Y.Löv 2006-cı ildən əsas millinin baş məşqçisi vəzifəsində işləyir.