Rioda daha iki medal qazandıq

11:30 14 Sentyabr 2016

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarında Azərbaycan idmançıları daha iki medal qazanıblar.

Atletimiz Yelena Çebanu və üzgüçümüz Dmitri Saleh ölkəmizin hesabına daha iki gümüş medal qazandırıblar.

Yelena Çebanu uzunluğa tullanma yarışlarında 5.56 metr nəticə göstərərək ikinci yeri tutub.
 
Bu, onun Rioda qazandığı üçüncü medaldır. O, bundan əvvəl 100 m məsafəyə qaçışda gümüş, 200 m məsafəyə qaçışda isə bürünc medal qazanıb.
 
Yığmamızın üzgüçüsü Dmitri Saleh də finişə ikinci çatıb. O, 100 m məsafəni 1:08,80 saniyəyə qət edərək komandanın hesabına daha bir gümüş medal yazdırıb.  
 
Bununla da Azərbaycan Paralimpiya yığması Rioda qazandığı ümumi medalların sayı 8-ə çatıb.


Xəbər xətti