FİFA-dan klubumuza sərt cəza: 3 xalı silindi

13:10 14 Sentyabr 2016

Birinci divizionun təmsilçisi "Rəvan"ın  3 xalı silinib.

Sportarena.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı FİFA 22.08.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayıb. Məktubda FİFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirilib.

Qərarda “Rəvan” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Milos Adamovic arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən klubun cari mövsüm aktivindən 3 xal silindiyi göstərilib.

Bunu nəzərə alaraq, AFFA İntizam Komitəsi "Rəvan"ın 3 xalını silib.


Digər xəbərlər

Xəbər xətti