Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın növbədənkənar Konqresi keçirilib.
Sportarena.az xəbər verir ki, Konqresdə Aleksander Çeferin UEFA-nın yeni prezidenti seçilib.
Sloveniyalı futbol funksionerinə UEFA-nın 55 üzvündən 42-si səs verib. Digər namizəd – niderlandlı Mixael van Praaq isə 13 səs toplaya bilib.
Xatırladaq ki, seçkidən bir müddət öncə AFFA açıqlama verərək Aleksander Çeferinin namizədliyini dəstəklədiyini bildirmişdi.