"Real"ın forvardı Ronaldo "Sportinq"lə (2:1) qarşılaşmadan sonra oyun haqda fikirlərini bölüşüb.
"Sportinq" çox yaxşı oynayırdı. Amma "Real" kembekləri ilə tanınır. Lakin bu bizim üçün bir siqnal olmalıdır. Əgər qrupda 1-ci olmaq istəyiriksə arxayınlaşmamalıyıq. Mən artıq qolu bayram etmək istəyirdim. Bu instinkt idi. Lakin "Sportinq"in mənim üçün doğma olduğu dərhal yadıma düşdü.
Madriddə hər şey məni qane edir. Bu komanda mənim ürəyimdədir və karyeramı da məhz burada başa vurmaq istəyirəm" – deyə Ronaldo qeyd edib.