Ukrayna prezidenti Pyotr Poroşenko 2017/18 mövsümü çempionlar liqasının finalının Kiyevdə keçiriləcəyini elan edib.
"2018-ci ildə ÇL-in finalı Kiyevdə keçiriləcək Hal hazırda UEFA bu barədə qərar qəbul edib.Bu həm bizim , həm də azarkeşlərimiz üçün şad xəbərdir. Oyunu yüksək səviyyədə təşkil edəcəyik" — deyə Poroşenko rəsmi "facebook" səhifəsində yazıb.
Belə bir qərar bu gün UEFA-nın Afinadakı iclasında qəbul edilib. Kiyevin yeganə rəqibi Madrid idi. Lakin Atletikonun yeni stadionunun yalnız 2017-ci ildə hazır olacağını nəzərə alan qurum hüququ Kiyevə verib.