19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, yığmamız Bakı Olimpiya Stadionunda Ukrayna komandası ilə qarşılaşacaq. Matç saat 19:00-da başlayacaq. Qarşılaşmanı aşağıda adları qeyd olunmuş hakimlər idarə edəcək:
Baş hakim: Cristina Bujor (Rumıniya)
Baş hakimin köməkçiləri: Alexandra Theodora Apostu (Rumıniya), Tiziana Trasciatti (İtaliya)
Dördüncü hakim: Graziella Pirriatore (İtaliya)
UEFA nümayəndəsi: Olesea Berdea (Moldova)
Hakim-inspektor: Albano Janku (Albaniya)