Paralimpiya qalibləri AAAF Parkda

19:01 15 Sentyabr 2016

I Uşaq Paralimpiya Oyunlarının mükafatçıları Müqəddəs Qurban bayramı münasibətilə AAAF Parka qonaq gəlib. Paralimpiya oyunlarında cüdoda 34 kq çəki dərəcəsində 1-ci yeri tutmuş Aydın Əzizov və ikinci yerə layiq görülən İsmayıl Tapdıqlı öz hisslərini AAAF TV ilə bölüşüb.
Qonaqlar sırasında Respublika üzrə cüdo yarışlarında yüksək nəticələr göstərərək medallar və diplomlarla təltif olunmuş Tacir Kərimov da yer alıb.


Qeyd edək ki, “İstedadlı Əlillər İctimai Birliyinin” təşəbbüsü və AAAF Holdinqin təşkilatçılığı ilə bayramı AAAF Parkda keçirən balacalar fiziki cəhətdən məhdudiyyətli olsalar da, bu, onların uğurlarına mane olmayıb. Biz də öz növbəmizdə onları təbrik edir, uğurlarının daimi olmasını arzu edirik.


Xəbər xətti