Tahir Gözəl: "Bu dəfə qrupdan çıxmalıyıq"

00:29 16 Sentyabr 2016

"Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Slovan"a qarşı baş tutan matçdan sonra (2-2) jurnalistlərin suallarını cavablandırıb.
 

Sportarena.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Matç haqqında fikirləriniz necədir?
- İlk oyunumuzdan qələbə gözləyirdik. İlk dəqiqədə buraxdığımız qol bizim qələbə istəyimizə mane oldu. Düzdü, məğlub olmadığımız üçün şükr edirik. Ancaq bu oyun bizim olmalı idi. Düşünürəm ki, bu, bizim haqqımız idi. 
 
- Necə düşünürsüz, komanda 2 xal itirdi, yoxsa 1 xal qazandı?
- Yenə deyirəm, biz burdan qələbə ilə ayrılmalı idik. "Slovan" "Qarabağ"ın "dişinə" görə komanda idi və bunu etməli idik. Bəxtimiz gətirmədi. Hesab edirəm ki, 2 xal itirdik. 
 
- Son dəqiqə qolu sayəsində 1 xal qazandınız. Sonuncu dəfə bu həyəcanı nə vaxt yaşamışdınız?
- O qolu vurduğumuz üçün çox sükür edirik. Əgər onu vurmasaydıq, daha pis olacaqdı. Qolun sonuncu dəqiqədə vurulması çox böyük sürpriz oldu. 
 
- Hücum xəttində bu gün çox boşluq yarandı. Bu gün daha çox hansı oyunçuya əsəbləşdiniz?
- Düzdü, bu gün qol vurmaq üçün çox imkanlarıımız oldu. Alınmadı. Deyəsən, "Qarabağ" xaricdə daha yaxşı oynayır, nəinki, oz stadionunda. Mən bu gün belə nəticəyə gəldim. 
 
- "Qarabağ" çexlərlə bəxti gətirmir. Bir neçə ilə əvvəl Zelinka... İndi isə "Viktoriya" və "Slovan"...
- Burda heç kimi günahkar görmək mümkün deyil. Sadəcə, çexlərə qarşı bəxtimiz gətirmir.
 
- Növbəti oyununuz "Fiorentina"ya qarşı olacaq. Qrupun favoritinə qarşı səfər oyunundan nə gözləyirsiniz?
- Növbəti oyunlarda ciddiyətimizi qorumalıyıq. Ancaq və ancaq qələbə haqqında düşünürük. Bu dəfə qrupdan çıxmalıyıq. Biz yeni tarix yazmaq istəyirik və bunun üçün hər şeyimizin olduğunu düşünürəm. 
 
- Qrupdan çıxmamaq "Qarabağ" üçün uğursuzluq olacaq?
- Mən öz adıma çox böyük narahatlıq keçirəcəm.


Digər xəbərlər

Xəbər xətti