Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – İspaniya oyunundan sonra millimizin baş məşqçisi Milton Luis Ziller Junior bu fikirləri səsləndirib:
“Ümumilikdə yaxşı oyun oldu. Biz də yaxşı oynadıq. Amma belə qarşılaşmalarda nəticəni kiçik detallar həll edir. Bugünkü oyunun nəticəsini müəyyənləşdirən əsas amil ispanların bizə nisbətən yaradılan qol epizodlarından daha dəqiq yararlanması oldu. Biz əldə etdiyimiz şanslardan istifadə edə bilməyəndə, dərhal rəqibin ciddi təzyiqi ilə üzləşirdik”.