"Barselona"nın forvardı Lionel Messinin böyük qardaşı Mattias qeyri-qanuni silah gəzdirdiyinə görə ittiham edilib.
Məhkəmə 34 yaşlı Mattiası icbari işlərlə cəzalandırıb. Qarşıdakı 1 ildə o , Rosario klubunun uşaq futbol məktəbində həftədə 4 saat dərs deməlidir.
Bundan başqa Mattias narkotik və alkoqol qəbul etməməli , yaşayış yerini dəyişdirməməli və 530 dollar cərimə ödəməlidir.