Millimiz Avropa çempionatında 9 medal qazandı

10:33 18 Sentyabr 2016

Polşanın paytaxtı Varşavada para-taekvondo üzrə Avropa çempionatı keçirilib.


Yarışda iştirak edən para-taekvondo üzrə milli komandamız 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.


Komandamızın heyətində Aleksandr Polişukla (75 kiloqramdan yuxarı) Nicat Müslümov (75 kq) çempion olublar. Finalda məğlub olan Şəhmir İbadov (61 kq), Röyalə Fətəliyeva (58 kq) və Xəzər Mirzəyev (75 kq) gümüş medalla mükafatlandırılıblar.

 

Millimizin digər üzvlərindən Əbülfəz Abuzərli (75 kq), Aynur Məmmədova (58 kiloqramdan yuxarı), Anar Hüseynov (61 kq) və Namiq Abbasov (61 kq) üçüncü yerlə kifayətləniblər.


Doqquz medal qazanan yığmamız yarışı ümumi komanda hesabında üçüncü, kişilər arasında ikinci yerdə başa vurub.


Çempion olmuş Nicat Müslümov isə yarışın ən dəyərli kişi taekvondoçusu kimi xüsusi mükafata layiq görülüb.


Avropa çempionatında milli komandamızı 11 idmançı təmsil edib.


Qeyd edək ki, qitə birinciliyində 32 ölkədən 120-dən çox idmançı iştirak edib.


Digər xəbərlər

Xəbər xətti