Azərbaycan - İran matçını idarə edəcək hakimlər müəyyənləşdi

11:55 18 Sentyabr 2016

Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatında Azərbaycan yığması bu gün növbəti görüşünə çıxacaq. 


Sportarena.az xəbər verir ki, millimiz qrupdakı son oyununda İranla üz-üzə gələcək. Artıq görüşün hakimlərinin adları məlumdur.


Matçı perulu Sezar Malaqa idarə edəcək. Görüşün ikinci hakimi Yeni Zelandiyadan olan Kristofer Sinkleyirdir. Qarşılaşmanın üçüncü hakimi funksiyasını isə Alessandro Malfer (İtaliya) yerinə yetirəcək.


Digər xəbərlər

Xəbər xətti