"Mançester Yunayted" klubu gənc futbolçusu Markus Reşfordla müqaviləsini uzatmaq niyyətindədir.
Sportarena.az xəbər verir ki, komanda bu ilin may ayında futbolçu ilə 4 illik müqavilə imzalamasına baxmayaraq, yenidən müqaviləni uzatmaq istəyir. 18 yaşlı hücumçu hazırki müqavilənin şərtlərinə əsasən 2020-ci ilədək "Mançester Yunayted"in şərəfini qoruyacaq. 
                       
                                               
                        
 
                
                              
Xatırladaq ki, may ayında Reşfordla yeni müqavilə imzalayan "Mançester Yunayted" klubu onun illik məvacibini artıraraq 1 milyon funt-sterlinqə yüksəltmişdi. 
                       
                                               
 
                
                              
Qeyd edək ki, cari mövsüm Premyer Liqada 2 oyun keçirən Reşford 1 dəfə fərqlənə bilib. 
                       
                                               
 
                
                              
 
                       
                                            
 
