Kolumbiyada təşkil olunmuş futzal üzrə dünya çempionatının final mərhələsində pley-offa vəsiqə qazanan bütün komandalar müəyyənləşib. 1/8 finala yüksələn komandalar arasında Azərbaycan yığması da var. Miltinyonun çalışdırdığı komandamız 1/8 finalda Taylandla qarşılaşacaq.
1/8 finalda qarşılaşacaq bütün cütlüklər isə belədir:
Kolumbiya - Paraqvay
Braziliya - İran
Rusiya - Vyetnam
İspaniya - Qazaxıstan
Argentina - Ukrayna
İtaliya - Misir
Tayland - Azərbaycan
Portuqaliya - Kosta Rika
Qeyd edək ki, Tayland - Azərbaycan oyunu sentyabrın 23-də keçiriləcək və Bakı vaxtı ilə saat 02:30-da start götürəcək.