Tailand - Azərbaycan görüşünün vaxtı məlum oldu

12:51 19 Sentyabr 2016

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/8 final mərhələsinin təqvimi müəyyənləşib. 
 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığması 1/8 finalda B qrupunun ikincisi Tailandla qarşılaşacaq. 
 

Həmin görüş sentyabrın 22-dən 23-nə keçən gecə Bakı vaxtı ilə 02:30-da start götürəcək. Qarşılaşma hazırda yığmamızın məskunlaşdığı Medelin şəhərindəki “Coliseo Ivan de Bedout”da keçiriləcək. 
 

Qeyd edək ki, bu mərhələni də adlayacağı təqdirdə Azərbaycan millisi 1/4 finalda Portuqaliya - Kosta-Rika cütünün qalibi ilə üz-üzə gələcək. 


Digər xəbərlər

Xəbər xətti