Döyüşçümüz Peruda çempion oldu

14:15 19 Sentyabr 2016

Perunun paytaxtı Limada Latın Amerikası və digər qitələrin müxtəlif ölkələrinin idmançılarının mübarizə apardığı sərbəst döyüşün MMA versiyası üzrə “Gran Champion” adlı çempionat keçirilib. Çempionatda ölkəmizi Azərbaycanın Kolumbiyadakı səfirliyinin dəstəyi ilə qaydasız döyüş ustası Cavid Adıgözəlov təmsil edib.


Sportarena.az xəbər verir ki, C.Adıgözəlovun Latın Amerikasındakı ardıcıl qələbələrini nəzərə alaraq münsiflər heyəti onu birbaşa kəmər uğrunda döyüşə buraxıb. Gərgin keçən döyüşdə rəqibini boğucu fəndlə təslim olmağa məcbur edən Cavid Adıgözəlov çempionatın kəmərini belinə bağlayaraq yarışın qalibi olub.


Qeyd edək ki, C.Adıgözəlov Latın Amerikasında Azərbaycanı uğurla təmsil edərək indiyədək 7 dəfə qalibiyyət əldə edib. Sonuncu səkkizinci yarışda isə kəmərin sahibi olub.(Azərtac)


Digər xəbərlər

Xəbər xətti