Futbolumuz tarixində ən yaşlı oyunçu - I divizionda

12:17 20 Sentyabr 2016

Birinci divizionda mübarizə aparan “Şahdağ”ın futbolçusu Kamran Nurəhmədov diqqət mərkəzindədir. O, Azərbaycan futbol tarixinə ən qocaman oyunçu kimi düşüb. 1967-ci ildə anadan olan Nurəhmədovun 49 yaşı var. O, ötən tur “Şəmkir”lə oyunun 80-ci dəqiqəsində meydana çıxıb. Komandasına qazandırdığı cərimə zərbəsindən vurulan qolla da “Şahdağ” 3 xal qazanıb. Sözügedən oyunda həmçinin onun oğulları Kamil və Habil də iştirak edib.


Digər xəbərlər

Xəbər xətti