"Mançester Siti”nin futbolçusu Yaya Ture karyerası ilə bağlı önəmli qərar qəbul edib.
Fil Dişi Sahilindən olan futbolçu milli karyerasını başa vurub. Bu barədə ulduz futbolçu özü ictiamiyyətə məlumat verib. O bildirib ki, bundan sonrakı bütün diqqətini klub karyerasına yönəldəcək.
Qeyd edək ki, Ture 2004-ci ildən millidə çıxış edirdi. 33 yaşlı yarımmüdafiəçi yığmanın heyətində keçirdiyi 102 oyunda 19 qol vurmağı bacarmışdı. Yaya həmçinin millinin kapitanı vəzifəsini də icra edirdi.