Bu gün Türkiyə kubokunda ikinci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, millimizin futbolçusu Ramil Şeydayev bu gün şərəfini qoruduğu "Trabzonspor" klubunda rəsmi debütünü edib.
R.Şeydayev "Serhat Ardahanspor"la oyunun 64-cü dəqiqəsində meydana daxil olub. O, matçın 85-ci dəqiqəsində fərqlənərək komandasının 6-cı qolunu vurub.
Qeyd edək ki, "Trabzonspor" - "Serhat Ardahanspor" matçı 1-cilərin 6:0 hesablı qələbəsi ilə başa çatıb.