Millimizin matçını idarə edəcək hakimlər bəlli oldu

12:15 22 Sentyabr 2016

Futzal üzrə DÇ-2016-nın 1/8 final mərhələsində keçiriləcək Tailand - Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Oyunu ispaniyalı Fernando Qutyerres Lumbreras idarə edəcək. Oyunun ikinci hakimi çinli Jianqiao Liu, üçüncü referi Solomon adaları təmsilçisi Reks Kamusu olacaq. 
 
Qeyd edək ki, Kolumbiyanın Medelyin şəhərində keçiriləcək Tailand – Azərbaycan oyunu bu gecə Bakı vaxtı ilə saat 02:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti