AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis Bakıya səfər edəcək.
Sportarena.az xəbər verir ki, onlar UEFA AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza gələcək.
Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.