Afrikanın ən varlı şəxslərindən biri sayılan Nigeriyalı milyarder Ali Danqote yaxın vaxtlarda "Arsenal"ı alacağından əmin olduğunu bildirib.
"Qarşıdakı 3-4 il ərzində Arsenalı alacağımdan şübhəm yoxdur. Pul problem deyil.Ancaq bəzi məqamlar var ki, onları gözləyirəm. Məsələ "Arsenal"ın alınmasında deyil , biznesin davam etdirilməsindədir. Lakin klubu yenə səviyyəyə qaldırmaq istəyim var. Mənim biznesim uğurludur və futbolbiznesində də uğur qazanacağıma inanrıam" — deyə 80-ci illərdən "Arsenal"a azarkeşlik edən Danqote bildirib.
Xatırladaq ki, "Arsenal"ın əsas səhmdarı olan Sten Kronke klubun 67% səhmlərinə sahibdir. Əlişir Usmanovda isə paketin 23%-i var .