Futzal üzrə DÇ-2016-nın 1/4 final mərhələsində keçiriləcək Azərbaycan - Portuqaliya oyununun hakimləri müəyyənləşib.
Sportarena.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüşü Serxio Kabrera (Kuba) idarə edəcək. Oyunun ikinci hakimi Joze Katemo (Anqola), üçüncü referi Xalid Hniç (Mərakeş) olacaq.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya oyunu sentyabrın 26-ı Bakı vaxtı ilə gecə 03:00-da başlayacaq.