Vitaliy Mutko Rusiya Futbol İttifaqına prezident seçkilərində qalib gəlib.
O , 266 (65,2 %) səs toplayıb. Mutkonun rəqibi Valeriy Qazzayevə isə 142 (34,8 %) səs verilib. Səsvermə RFİ-nın hesabat iclasında keçirilib.
Xatırladaq ki, Vitaliy Mutko ötən ilin sentyabrından RFİ-nın prezidentidir. O , 2005-2009-cu illərdə də bu postu tutmuşdu. Hazırda Mutko həmçinin Rusiyanın İdman naziridir.