"Qarabağ"ın qolkiperi İbrahim Şehiç növbəti dəfə Bosniya və Hersoqovina millisinin heyətinə dəvət alıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi "facebook" səhifəsində məlumat yerləşdirilib. O, milli komandasının heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Belçika yığması ilə matçda forma geyinəcək.
Qeyd edək ki, Bosniya və Hersoqovina yığması DÇ-2018 seçmə mərhələsi çərçivəsində oktyabrın 7-si Belçika ilə qarşılaşacaq.