Türkiyənin "Trabzonspor" klubunun bu gün baş tutan məşqi maraqlı anlarla yadda qalıb.
Sportarena.az xəbər verir ki, futbolçular ötən gün 29 yaşı olan Mustafa Yumlunun ad gününü bu gün baş tutan məşqdə qeyd ediblər. Futbolçular üzərində Yumlunun şəkili olan maskanı taxıb və ad günü tortunu kəsiblər.
Qeyd edək ki, "Trabzonspor"un şərəfini qoruyan milli komandamızın hücumçusu Ramil Şeydayev də sözügedən məşqdə iştirak edib.